Eduarda Qaleano
Doğrudan da, tərcümə zamanı sözlərin orijinal musiqisi itir. Lakin məxəz mətnin musiqisinə hörmət bəsləyən, orijinala sadiq qalan tərcüməçi duyduğu musiqiyə uyğun yeni bir musiqi yaradır. Tərcüməçi öz işi zamanı köməkçi yazıçı rolunu oynayır. Bu da tərcüməni yaradıcı işə çevirir. Olduqca yorucu işdir. Bütün dünyada tərcüməyə qul əməyi kimi baxıldığından tərcümə nadir hallarda sənətə çevrilir. Yalnız çevirdiyi mətnlə bütünləşəndə tərcüməçi alacağı ödənişə əhəmiyyət vermədən yeni musiqi yaradır. Tərcüməçilik çox çətin, incə, müasir dünyada lazımınca qiymətləndirilməyən bir sənətdir.
Eduarda Qaleano
1 Comment
İngilis dilində işlək idiomlar və onların Azərbaycan dilinə tərcüməsi
Mənbə: İnformasiya Resurs Kompleksi İzahlı Tərcüməşünaslıq Terminləri Lüğəti Mənbə:İnformasiya Resurs Kompleksi PEN Tərcümə Komitəsinin sədri Susan Bernofsky nəşriyyat işi və müəllif hüquqları üzrə ixtisaslaşmış hüquqşünas Erach Screwvala ilə bədii tərcümədə əqli mülkiyyət məsələlərini, tərcümə əsərinin kommersiya və bədii xüsusiyyətlərini müzakirə edirlər. Onların bu söhbətinə Polşa və İspaniyadan tanınmış tərcüməçi- müəlliflər də qoşulur: Translation rights and translation wrongs
3. Interpreting National Network Şəbəkənin məqsədi xüsusilə şifahi tərcümə sahəsində karyera fürsətlərini təbliğ etməklə gəncləri dilləri öyrənməyə həvəsləndirməkdir. 4. Agrupación De Intérpretes Aib Agrupación de Intérpretes de Barcelona (AIB) Beynəlxalq Konfrans Tərcüməçiləri Assosiasiyasının (AIIC) üzvlərinin cəlb edildiyi əməkdaşlıqdır. Əməkdaşlığın kanalında tərcüməçi və müəllimlərlə maraqlı müsahibələr toplanmışdır. 5. Enabling better translation Taus Tərcümə xidməti təchizatçılarının və alıcıların maraqlarını öyrənən elmi-tədqiqat mərkəzidir. Mərkəzin kanalında yeni tərcümə texnologiyaları, platformaları və tərcümə sənətinin gələcəyi ilə bağlı videolar yerləşdirilmişdir. 6. California Healthcare Interpreting Association Səhiyyə sahəsində dil xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə tərcüməçiləri, pedaqoqları, səhiyyə işçilərini, siyasətçiləri, hospital və klinikaları, dil mərkəzlərini bir araya gətirən təşkilatın youtube kanalı. 7. Interpreting at the University of Bath
Birləşmiş Krallığın Bat Universitetində Yazıçı və Şifahi tərcümə üzrə magistr təhsilinin təsviri. Tərcümə məşğələləri tərcüməçilərlə müsahibələr və tərcümə haqqında təlim videoları.
Sağ düyməni basıb "save link as" seçin.
|
AuthorÜlkər Nəsibbəyli Categories
All
Archives
May 2014
|