Alman dilinin görkəmli tərcüməçisi Ralf Maheim tərcüməçini müəllifin obrazına girib onun demək istədiklərini öz dilində oxuculara çatdıran aktyora bənzədir. Bu tərifin mürəkkəbləşdirilmiş və qıcıqlandırıcı bir variantı da var ki, bu fikir tərcümənin keyfiyyətini yalnız onun anlaşıqlı olub-olmaması ilə ölçə bilən tənqidçilər tərəfindən işlədilir. Onlar üçün həmişə nə isə anlaşılmaz qalır. Onların qorxaq təriflərində çətinliklə gizlədilən ittihamı tərcümə etməyə çalışsam, məncə, əslində demək istədikləri budur ki, tərcüməçi lazımsız mütiliklə özünü gözəgörünməz edib. Bu amansız öhdəliyi öz üzərinə götürmək yalnız o zaman arzuolunan olardı ki, tərcüməçilər şəxsən Babil Qülləsini dağılmasına və bu hadisənin insan oğluna gətirdiyi nəticələrə görə cavabdeh olaydı.
Orijinala sədaqət, əlbəttə bizim ən ümdə məqsədimizdir. Lakin, tərcümə, mətnin surətini çıxarmaq demək deyil. Tərcümə tənqidi təhlil bacarığı tələb edir. Bilirsiniz ki, bütün dillər uzunmüddətli mürəkkəb tarixi proseslər nəticəsində formalaşır. Mədəniyyətin ənənələrinın nə dərəcədə artmasından asılı olmayaraq hər hansı 2 dil heç vaxt bir-birilə üst-üstə düşmür. Bəli orijinala sədaqət tərcümənin ən vacib amildir. Amma sözlərə sadiq qalmaq mümkün deyil, onlar dildən dilə fərqlənir. Sintaksisə sadiq qalmaq mümkün deyil, çünki o, hər dildə başqa cürdür və tərcümə olunan deyil. Amma məqsədə və mənaya sadiq qalmaq olar. Borxes tərcüməçilərinə təkidlə təkrarlayardı: «Dediyimi yox, demək istədiyimi tərcümə edin».