Məşhur italyan yazıçısı Umberto Ekonun tərcümə problemləri ilə maraqlananlara, xüsusilə də tərcüməçilərə ünvanlanmış kitabı.
Onlayn Tərcüməşünaslıq konfransı - 21 Oktyabr 2011 Mövzu: rəqəmsal texnologiyalar əsrində yazılı və şifahi tərcümə: Praktika və Tədqiqat sahələrində təcrübə.
Birləşmiş Krallığın Salford Universiteti tərəfindən təşkil olunan onlayn Konfrans dünyanın hər yerindən hər kəs üçün açıqdır Konfransın məqsədi bütün dünyadan yazılı və şifahi tərcümənin müxtəlif sahələrini təmsil edən məzunlara elmi məruzələrini həmkarlarına təqdim etmək imkanı yaratmaqdır. Bu il konfransın əsas məruzəçiləri Avstiyanın İnnsbruk Universitetinin Tərcüməşünaslıq fakültəsindən Dr. Peter Sandrini, İtaliyanın Trieste Universitteinfən Professor Francesco Straniero olacaqlar. Universitet arzu edənləri 20 may 2011-ci il tarixinə qədər referatlarını təqdim etməyə dəvət edir. Referatlar 250 sözdən artıq olmamalı və internet vasitəsilə təqdim edilməlidir. Seçilmiş referatların təqdim edilməsi üçün 15 dəqiqə ayrılacaq. Ətraflı məlumat üçün konfransın saytına daxil olmaq olar: http://virtual-doc.salford.ac.uk/octis/. Orfoqrafiya fərqləri
Britaniya Amerika our or honour honor labour labor re er centre center litre liter ce se defence defense offence offense s z organization organization analyse analyze me-, ue programme program catalague catalog ll l travelled traveled cancelling canceling Leksikada fərqlər Britaniya Amerika flat apartment lawyer attorney luggage baggage milliard billion taxi cab company corporation city centre downtown petrol gas cross-roads intersection living room drawing-room trousers pants sleeper Pullman time-table schedule football soccer advocate trial lawyer boot trunk ground floor first floor to be sick to be ill Digər onlayn lüğətlərdən fərqli olaraq, vocabulary.com axtarılan söz və ifadələrin işləndiyi cümlələrdən nümunələr, terminlərin daha sadə izahını, bəzi oxşar ifadələr və sözlər arasında fərqin açıqlanmasını təklif edir. Saytda qeydiyyatdan keçənlərə həmçinin ingilis dilində söz ehtiyatlarını artırmaq üçün kömək təklif edilir. İstifadəçilər saytın “challenge” bölməsində maraqlı testdən keçərək, bilmədikləri sözlərin siyahısını yarada və saytın tez- tez xatırlatdığı sözləri səmərəli şəkildə öz leksikonlarına daxil edə bilərlər. Alman dilinin görkəmli tərcüməçisi Ralf Maheim tərcüməçini müəllifin obrazına girib onun demək istədiklərini öz dilində oxuculara çatdıran aktyora bənzədir. Bu tərifin mürəkkəbləşdirilmiş və qıcıqlandırıcı bir variantı da var ki, bu fikir tərcümənin keyfiyyətini yalnız onun anlaşıqlı olub-olmaması ilə ölçə bilən tənqidçilər tərəfindən işlədilir. Onlar üçün həmişə nə isə anlaşılmaz qalır. Onların qorxaq təriflərində çətinliklə gizlədilən ittihamı tərcümə etməyə çalışsam, məncə, əslində demək istədikləri budur ki, tərcüməçi lazımsız mütiliklə özünü gözəgörünməz edib. Bu amansız öhdəliyi öz üzərinə götürmək yalnız o zaman arzuolunan olardı ki, tərcüməçilər şəxsən Babil Qülləsini dağılmasına və bu hadisənin insan oğluna gətirdiyi nəticələrə görə cavabdeh olaydı.
Orijinala sədaqət, əlbəttə bizim ən ümdə məqsədimizdir. Lakin, tərcümə, mətnin surətini çıxarmaq demək deyil. Tərcümə tənqidi təhlil bacarığı tələb edir. Bilirsiniz ki, bütün dillər uzunmüddətli mürəkkəb tarixi proseslər nəticəsində formalaşır. Mədəniyyətin ənənələrinın nə dərəcədə artmasından asılı olmayaraq hər hansı 2 dil heç vaxt bir-birilə üst-üstə düşmür. Bəli orijinala sədaqət tərcümənin ən vacib amildir. Amma sözlərə sadiq qalmaq mümkün deyil, onlar dildən dilə fərqlənir. Sintaksisə sadiq qalmaq mümkün deyil, çünki o, hər dildə başqa cürdür və tərcümə olunan deyil. Amma məqsədə və mənaya sadiq qalmaq olar. Borxes tərcüməçilərinə təkidlə təkrarlayardı: «Dediyimi yox, demək istədiyimi tərcümə edin». Elektron lüğətlər:
1. "Poliqlot" elektron lüğətlər sistemində 200 minə yaxın söz və ifadə istifadə olunmuşdur. lüğətlər sisteminə Azərbaycan-İngilis, İngilis-Azərbaycan, Azərbaycan-Rus, Rus-Azərbaycan lüğətləri daxil edilmişdir. http://www.polyglot.az/ 2. Dilmanc MT "Dilmanc" tərcümə sistemi mətnlərin avtomatik tərcüməsini həyata keçirən kompüter proqramıdır. Bu sisteminin köməyilə siz mətni kompüter vasitəsilə bir neçə saniyə ərzində tərcümə edə bilərsiniz http://www.dilmanc.az/az 3. AzerDict Azərbaycanın ən böyük pulsuz onlayn Azərbaycanca-İngiliscə və İngiliscə-Azərbaycanca lüğəti. http://azerdict.com 4. İntelsoft – Rus dilindən Azərbaycan dilinə tərcümə sistemi http://translate.intelsoft.az/ 5. Lingvosoft – ingiliscə-azərbaycanca və azərbaycanca-ingiliscə, rusca-azərbaycanca, azərbaycanca lüğətlər sistemi http://www.lingvozone.com/LingvoSoft-Online-English-Azeri-Dictionary 6. Google Translate- ingiliscə- azərbaycanca, azərbaycanca ingiliscə maşın tərcüməsi http://translate.google.com/?hl=en#en|az| 7. Azərbaycanca türkcə sözlük http://www.azerice.da.ru 8. AMEA Terminologiya Komissiyası. Terminologiya lüğətləri. Torpaqsünaslıq və aqrokimya terminlərinin izahlı və tərcümə lüğətləri; Qaynaq istehsalının ümumi əsasları (anlayışlar, terminlər, qaynaq növləri, standartlar); Rusca-Azərbaycanca fövqəladə hallarla bağlı işlənən terminlərin izahlı lüğəti; Kino, televiziya, radio terminləri; Azərbaycan dilində izahlı fizika-riyaziyyat terminləri lüğəti; Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər; Rusca-İngiliscə-Azərbaycanca baytarlıq terminləri lüğəti; İzahlı tarix terminləri lüğəti; Soyuq silahın kriminalistik ekspertizası üzrə xüsusi terminlərin izahlı sözlüyü; Rusca-azərbaycanca arıçılıq terminləri lüğəti http://www.azterm.az Onlayn və endirilə bilən lüğətlər 9. Azərbaycan dilinin orfoqrafiya lüğəti http://www.endir.az/uploads/orfoqrafiya_l______ti.pdf 10. Maliyyə Bazarları Terminlərinin İzahlı lüğəti www.scs.gov.az/upload/Dictionary.pdf 11. Torpaqların Səhralaşması üzrə İzahlı lüğət www.un-az.org/doc/az/sahralasma.pdf 12. Təhsil lüğəti www.cie.az/library/files/kitab.TL.pdf 13. Azərbaycanca- ingiliscə-rusca frazeoloji lüğət http://yazikilitra.narod.ru/nik.htm 14. Günəş Energetikasi Terminləri Lüğəti http://library.adau.edu.az/view.php?lang=az&menu=book&id=139 15. İngiliscə-rusca-azərbaycanca aqrar-istehsalı və maşınqayırmasına aid terminlər lüğəti http://library.adau.edu.az/view.php?lang=az&menu=book&id=71 (Ardı növbəti postda) İnternet tərcüməçilərin gündəlik həyatının ayrılmaz hissəsidir. Lüğətlərdə tapmadığımız söz, termin və ya ifadələrin mənalarını aça bilmək üçün internetə müraciət edirik. Çox vaxt tapdığımız tərcümənin mənbə dildəki ekvivalentinə uyğun olub-olmadığını, günümüzdə nə dərəcədə işlək olduğunu, məzmuna uyğunluğunu yoxlamaq üçün axtarış mühərriklərindən istifadə edirik.
Beləliklə, internetdə axtarış üçün tövsiyələr: - Bütöv ifadə və ya cümlələri tapmaq üçün axtarış sözlərini dırnaq işarəsinə almaq lazımdır. Məs: “utility model” - Axtarış mühərriki bir yox, bir neçə tərcümə variantı üçün nəticələr verirsə, veb-saytın etibarlılığına diqqət yetirməli. Məs: hər hansı hüquqi sənədin tərcüməsi zamanı e-qanun.az domeynli nəticəni əsas götürmək daha məqsədəuyğundur. - Bəzən hansı sözün qarşısında hansı sözönünün və ya artiklın işlənməli olduğundan əmin olmaq istəyirik. Bunun üçün həm sözönü, həm də artiklı dırnaq işarəsinə almaq lazımdır. Məs: “at the airport”. - İfadə daxilində sözün hansı formasının düzgün olduğunu müəyyən etmək üçün onelook.com lüğət axtarış sistemi tərcüməçi faydalı vasitədir. Məsələn: “taxing” yoxsa “tax system” ifadəsi doğrudur. - Termini düzgün tərcümə etmək üçün onun izahını oxumaq lazım gələ bilər. Bunun üçün define: “axtarılan söz” düsturundan istifadə edilməlidir. Məs: define: insurance - Xüsusi isimlərin transkripsiya üsulu ilə tərcüməsi üçün sözün necə tələffüz olunduğunu bilmək üçün məsələn, www.howjsay.com saytından istifadə edə bilərsiniz. - Söz və ya ifadənin ingilis və ya amerikan variantında necə istifadə olunduğunu bilmək istəyirsinizsə, axtarış sözündən əvvəl site:uk və ya site: us yazaq bilərsiniz. - Bütün bunlar nəticə vermədikdə rusca və ya azərbaycanca tərcüməni tapmaq üçün axtarış sözündən əvvəl və ya sonra müvafiq olaraq «и» yaxud “və” sözlərini əlavə etmək olar. Məsələn: “General requirements for the competence of testing and calibration laboratories” sözlərini dırnaq içində yazıb “и” hərfini yaxud azərbaycanca “və” bağlayıcısını əlavə edin. |
AuthorÜlkər Nəsibbəyli Categories
All
Archives
May 2014
|