Doğrudan da, tərcümə zamanı sözlərin orijinal musiqisi itir. Lakin məxəz mətnin musiqisinə hörmət bəsləyən, orijinala sadiq qalan tərcüməçi duyduğu musiqiyə uyğun yeni bir musiqi yaradır. Tərcüməçi öz işi zamanı köməkçi yazıçı rolunu oynayır. Bu da tərcüməni yaradıcı işə çevirir. Olduqca yorucu işdir. Bütün dünyada tərcüməyə qul əməyi kimi baxıldığından tərcümə nadir hallarda sənətə çevrilir. Yalnız çevirdiyi mətnlə bütünləşəndə tərcüməçi alacağı ödənişə əhəmiyyət vermədən yeni musiqi yaradır. Tərcüməçilik çox çətin, incə, müasir dünyada lazımınca qiymətləndirilməyən bir sənətdir.
Eduarda Qaleano
Eduarda Qaleano