İnternet tərcüməçilərin gündəlik həyatının ayrılmaz hissəsidir. Lüğətlərdə tapmadığımız söz, termin və ya ifadələrin mənalarını aça bilmək üçün internetə müraciət edirik. Çox vaxt tapdığımız tərcümənin mənbə dildəki ekvivalentinə uyğun olub-olmadığını, günümüzdə nə dərəcədə işlək olduğunu, məzmuna uyğunluğunu yoxlamaq üçün axtarış mühərriklərindən istifadə edirik.
Beləliklə, internetdə axtarış üçün tövsiyələr:
- Bütöv ifadə və ya cümlələri tapmaq üçün axtarış sözlərini dırnaq işarəsinə almaq lazımdır. Məs: “utility model”
- Axtarış mühərriki bir yox, bir neçə tərcümə variantı üçün nəticələr verirsə, veb-saytın etibarlılığına diqqət yetirməli. Məs: hər hansı hüquqi sənədin tərcüməsi zamanı e-qanun.az domeynli nəticəni əsas götürmək daha məqsədəuyğundur.
- Bəzən hansı sözün qarşısında hansı sözönünün və ya artiklın işlənməli olduğundan əmin olmaq istəyirik. Bunun üçün həm sözönü, həm də artiklı dırnaq işarəsinə almaq lazımdır. Məs: “at the airport”.
- İfadə daxilində sözün hansı formasının düzgün olduğunu müəyyən etmək üçün onelook.com lüğət axtarış sistemi tərcüməçi faydalı vasitədir. Məsələn: “taxing” yoxsa “tax system” ifadəsi doğrudur.
- Termini düzgün tərcümə etmək üçün onun izahını oxumaq lazım gələ bilər. Bunun üçün define: “axtarılan söz” düsturundan istifadə edilməlidir. Məs: define: insurance
- Xüsusi isimlərin transkripsiya üsulu ilə tərcüməsi üçün sözün necə tələffüz olunduğunu bilmək üçün məsələn, www.howjsay.com saytından istifadə edə bilərsiniz.
- Söz və ya ifadənin ingilis və ya amerikan variantında necə istifadə olunduğunu bilmək istəyirsinizsə, axtarış sözündən əvvəl site:uk və ya site: us yazaq bilərsiniz.
- Bütün bunlar nəticə vermədikdə rusca və ya azərbaycanca tərcüməni tapmaq üçün axtarış sözündən əvvəl və ya sonra müvafiq olaraq «и» yaxud “və” sözlərini əlavə etmək olar. Məsələn: “General requirements for the competence of testing and calibration laboratories” sözlərini dırnaq içində yazıb “и” hərfini yaxud azərbaycanca “və” bağlayıcısını əlavə edin.