JAN POL SARTR
(1905-1980)
“Uğursuz əsərlər yazmışam. Heç nəyi istədiyim kimi və istədiyim qədər deyə bilməmişəm. Gələcək əksər mülahizələrimi inkar edəcək; ümid edirəm ki, bəzi fikirlərim sınaqdan keçə biləcək, lakin hər halda Tarix tələsmədən insanın insan tərəfindən anlaşılmasına doğru hərəkət edir”
Sartrın katibi ilə ölüm qabağı söhbətindən
Ensiklopediyalar onu yazıçı-filosof adlandırırlar. Lakin bu, Sartın yaradıcılığını tam şəkildə ifadə etmək üçün kifayət deyil. Filosof Haydegger onu filosofdan çox yazıçı, yazıçı Nabokov isə yazıçıdan çox filosof hesab edir. Geniş mənada isə Sartrı “mütəffəkir” adlandırmaq olar. Hər müətəfəkkir bu və ya digər dərəcədə həm də psixoloqdur. Sartrın psixologiya elminə məxsusluğu da heç bir mübahisə doğura bilməz. Onun 1940-cı ildə qələmə aldığı “Emosiya nəzəriyyəsi haqqında oçerk” bu mövzuda yazılmış ən əhəmiyyətli psixolji tədiqatlardan biridir.
Sartr ilk böyük əsərlərini 30-cu illərin sonunda yazmağa başlayır. 1938-ci ildə hələ Havrda pedoqoji fəaliyyət göstərən zaman o, uğur qazanan ilk romanını - “İkrah”ı qələmə alır. Elə həmin il Sartrın “Divar” adlı novellası da dərc olunur. İkinci dünya müharibəsi zamanı o, görmə qabiliyyəti zəif olduğuna görə, (demək olar, bir gözü görmürdü) döyüş ordusuna qəbul edilməsə də, metereolji korpusda hərbi xidmət göstərir. Fransa nasistlər tərəfindən işğal olunduqdan sonra o, müəyyən müddət hərbi konslagerdə saxlanılsa da, 1941-ci ildə azad edilir və yenidən ədəbi, pedoqoji fəaliyyətə qayıdır. Həmin dövrdə yazılan “Qapalı qapılar ardında” pyesi və iri həcmli “Varlıq və heçlik” əsərinin uğuru nəhayət, Sartra pedoqoji fəaliyyəti atıb özünü fəlsəfəyə həsr etmək imkanı verir.
Müharibədən sonra o, Sen-Jermen-de-Pre meydanının yaxınlığındakı “De Fler” kafesində toplaşan ekzistensialistlərin lideri kimi tanınmağa başlayır.
Növbəti onillik ərzində xüsusilə məhsuldar işləyən Sartr resenziya və tənqidi məqalələrlə yanaşı, məşhur “Çirkli əllər” əsəri daxil olmaqla, altı pyes yazır. Həmin dövrdə o, həmçinin Şarl Bodler və Jan Jenenin həyat və yaradıclığını tədqiq edir, ekzistensializmi bioqrafiya janrına tətbiq etməyə çalışır.
Altmışıncı illərdə Sartrın populyarlığı zirvə nöqtəsinə çatır. Heç bir mütəfəkkirin diqqət ayırmadığı bir sahəyə ictimai institutlatın tənqidinə diqqət ayırır. Sartrın fikrincə, hər hansı sosial qurum insana qəsd etmək, hər hansı norma şəxsiyətin aradan qaldırılması cəhdidir. Hər bir institut ətalət və itaəti təmsil edir.
1964-cü ildə Sartr “yaradıcılıq həqiqətlərinin axtarışı və azadlıq ruhu ilə yoğrulmuş zəngin ideyalarına görə” Nobel mükafatına layiq görülür. İctimai institua çevrilmək istəmədiyini əsas gətirən Sartr Nobel laureatı statusunun radikal siyasi fəaliyyətinə mane olacağından ehtiyatlandığına görə mükafatdan imtina edir.
Ömrünün sonlarına doğru Sartrın gözləri demək olar tamamilə tutulur. O daha yaza bilməsə də, çoxsaylı müsahibələr verir, siyasi hadisələri dostlarıyla müzakirə edir. 1980-ci il aprel ayının 15-də Sartr vəfat edir. Mütəfəkkirin öz xahişi ilə onu son mənzilə yola salamq üçün rəsmi dəfn mərasimi keçirilmir. Epitafiya və nekroloqların pafosu səmimiyyəti hər şeydən üstün tutan Sartrı iyrəndirirdi. Dəfn mərasimində yalnız mərhumun doğmaları iştirak edirdilər. Lakin əvvəlcədən planlaşdırımasa da, mütəffəkiri, Parisin sol sahili ilə son mənzilə yola salan izdihama əlli mindən çox insan qatılır.
Jan Pol Sartr
Nə üçün mən Nobel mükafatından imtina etdim?
Bu məsələ qalmaqala çevrildiyinə görə təəssüf edirəm. Mükafat verilir, amma ondan imtina edirlər. Səbəb isə budur ki, mükafat verməyə hazırlaşdıqlarını mənə əvvəlcədən deməyiblər. “Fiqaro literer”in 15 oktyabr tarixli sayında dərc olunan məlumatdan İsveç Akademiyasının mənim namizədliyimi daha üstün tutduğunu, lakin son qərarın hələ qəbul edilmədiyini öyrənəndə, mənə elə gəldi ki, Akademiyaya məktub yazmaqla (məktubu səhərsi gün yola saldım) vəziyyəti yoluna qoya bilərəm və bu məsələyə, bir daha qaldırılmamaq şərtilə birdəfəlik xitam verilər.
O vaxt, mən hələ bilmirdim ki, Nobel mükafatı verilərkən, gələcək laureatın fikri nəzərə alınmır. Ona görə də düşünürdüm ki, bunun qarşısını almaq mümkündür. Lakin indi yaxşı başa düşürəm ki, İsveç Akademiyası öz seçimini etdikdən sonra qərarından imtina edə bilməz. Akademiyaya ünvanladığım məktubda da izah elədiyim kimi, mükafatdan imtina etməyimin nə İsveç Akademiyası və də Nobel mükafatı ilə heç bir əlaqəsi yoxdur. Bununla bağlı məktubda iki səbəb göstərmişəm- şəxsi və obyektiv.
ŞƏXSİ SƏBƏBLƏR
Bu imtina düşünülməmiş addım deyildi, çünki mən rəsmi fərqlənmə nişanlarını heç vaxt qəbul etməmişəm. Hökumət nümayəndələrinin arasında dostlarım olsa da, İkinci Dünya Müharibəsindən sonra 1945-ci ildə mənə təklif olunan Fəxri Legion ordenindən imtina etdim. Bəzi dostlarımın təkidlərinə baxmayaraq, heç vaxt Kollec de Fransa daxil olmaq istəməmişəm.
Bu mövqeyimin kökündə yazıçı əməyi haqqında təsəvvürlərim dayanır. Siyasi, ictimai, yaxud mədəni sahədə müəyyən mövqe qazanmış hər hansı yazıçı yalnız özünəməxsus vasitələrin, yəni bədii sözün köməyi ilə fəaliyyət göstərməlidir. Hər hansı fərqlənmə nişanı onun oxucularını təzyiq altında saxlayır. Mənim üçünsə bu qəbuledilməzdir. “Jan Pol Sartr” imzası ilə “Nobel mükafatçısı Jan Pol Sartr” imzaları arasında fərq var.
Bu cür fərqləndirilməyə etiraz eləməyən yazıçının adı, onu seçmiş assosiasiya və ya institutun adı ilə birgə çəkilir. Mənim Venesuela partizanlarına qarşı bəslədiyim rəğbətin özümdən savayı heç kimə dəxli yoxdur. Lakin “Nobel mükafatı laureatı Jan Pol Sartr” Venesuela müqavimət hərəkatının müdafiəsinə qalxarsa, bununla Nobel mükafatı institutunu da özü ilə sürükləmiş olacaq.
Nə qədər şərəfli hesab olunsa da, yazıçı özünün instituta çevrilməsinə yol verməməlidir.
Aydındır ki, bu, mənim heç də bu mükafatla fərqləndirilmiş laureatlar əleyhinə yönəlməyən şəxsi mövqeyimdir. Mən tanımaq şərəfinə nail olduğum namizədlərin bir çoxuna böyük hörmət və heyranlıqla yanaşıram.
OBYEKTİV SƏBƏBLƏR
Hal-hazırda mədəni cəbhədəki savaşın mümkün olan yeganə forması- iki mədəniyyətin - Şərq və Qərbin birgə mövcudluğu uğrunda mübarizədir. Bununla mədəniyyətlərin mütləq qardaşlaşmalı olduğunu demək istəmirəm. Yaxşı başa düşürəm ki, mədəniyyətlərin qarşılaşdırılmasının münaqişə formasını alması labüddür. Lakin bu qarşılaşdırma institutların müdaxiləsi olmadan, insanlar və mədəniyyətlər arasında aparılmalıdır.
Şəxsən mən hər iki mədəniyyət arasındakı təzadları dərindən hiss edirəm. Mən özüm bu ziddiyətlərin nəticəsiyəm. İstər-istəməz sosializmə, Şərq blokuna rəğbət bəsləsəm də, mən burjua aləsində doğulub tərbiyə almışam. Bu da mənə iki mədəniyyətin yaxınlaşmasını istəyən hər kəslə əməkdaşlıq etməyə icazə verir. Lakin sözsüz ki, mən “ən yaxşı tərəf”in, yəni sosializmin qələbə çalacağına ümid edirəm.
Buna görə də mövcud olduqlarını yaxşı başa düşsəm də, nə Şərqin nə də Qərbin ali mədəni instansiyalarından heç bir mükafat qəbul etmək istəmirəm. Sosializmə tam rəğbət bəsləsəm də, kimsə gözlənilmədən mənə, məsələn Lenin mükafatını təqdim etsəydi, bunu da qəbul edə bilməzdim.
Yaxşı başa düşürəm ki, Nobel mükafatı öz –özlüyündə Qərb blokuna məxsus deyil. Lakin mükafata artıq belə çalar qazandırılıb, buna görə də İsveç Akademiyasının nəzarəti xaricində müəyyən hadisələrin baş verməsi mümkün hal alıb.
Hazırda Nobelin Qərb yazıçıları, yaxud şərq “qiyamçıları” üçün nəzərdə tutulan bir mükafat hesab olunmasının səbəbi də budur. Məsələn, Cənubi Amerikanın ən böyük şairlərindən Neruda mükafatlandırılmayıb. Tamamilə layiq olmasına baxmayaraq, Araqonun namizədliyi heç vaxt ciddi şəkildə müzakirə olunmayıb. Nobelin Şolxova yox, Pasternaka verilməsi, İsveç Akademiyasının mükafatladırdığı yeganə Sovet kitabının vətəndə qadağan edilmiş olması faktı təəssüf doğurur. Tarazlığı əks mənada anolji addım atmaqla təmin etmək olardı. Bu mükafat mənə Əlcəzairdəki müharibə zamanı mən və başqaları “121 manifestini” imzalayan zaman, təklif olunsaydı, böyük minnətdarlıqla qəbul edərdim. Çünki bununla təkcə mən yox, bütövlükdə azadlıq mübarizəsi şərəfləndirilmiş olardı.
AZADLIQ VƏ PUL
İsveç Akademiyası mükafatın mənə verilməsini əsaslandıran zaman “azadlıq” sözünü işlədib. Bu söz müxtəlif cür yozula bilər. Qərbdə bu söz ümumilkdə azadlıq kimi başa düşülür. Mənsə azadlığı daha konkret şəkildə- bir neçə çəkməyə sahib olmaq, iştahın çəkən qədər yemək hüququ kimi başa düşürəm. Bu mənada mükafatı almaq mənə, ondan imtina etməkdən daha təhlükəli görünür. Mükafatı qəbul etsəydim bu, “zərərin əvəzinin ödənilməsinə” razılıq əlaməti sayıla bilərdi. “Fiqaro- literer”də oxudum ki, “mübahisəli siyasi keçmişimə görə günahlandırılmayacağam”. Bilirəm ki, məqalə Akademiyanın mövqeyini ifadə edə bilməz, lakin bu, razılığımın bəzi sağçı dairələrdə necə yozulacağını aydın şəkildə büruzə verir. Hesab edirəm ki, “mübahisəli siyasi keçmiş” qüvvədə qalır, baxmayaraq ki, keçmişdə yoldaşların arasında bəzi səhvlərə yol verildiyini etiraf etməyə hazıram.
Bununla “Nobel”in “burjua mükafatı”olduğunu demək istəmirəm, lakin kifayət qədər yaxşı tanıdığım dairələrdə bu cür burjua yozumlarının ortaya atılması qaçılmazdır.
Nəhayət, pul məsələsinə keçirəm: İsveç Akademiyası seçilmək şərəfinə böyük pul məbləği də əlavə etməklə, laureatın boynuna ağır yük qoyur. Bu sual mənə çox əziyyət verirdi. Mükafatı alıb, təqdim edilən məbləği fəaliyyəti vacib təşkilat və hərəkatların xeyrinə xərcləmək olardı. Şəxsən mən Londondakı aparteid əleyhinə mübarizə komitəsi haqqında düşünürdüm. Ortaq Prinsipləri əsas gətirməklə mükafatdan imtina etmək, bu hərəkatı ehtiyac duyduğu köməkdən məhrum etmək idi.
Lakin mən bu alternativi saxta hesab edirəm. Əlbəttə, nə Şərq nə də Qərb blokuna təhkim olunmaq istəmədiyim üçün iki yüz əlli min krondan imtina edirəm. İki yüz əlli min krona görə məndən, təkcə özümə məxsus olmayan, bütün yoldaşlarımın sadiq olduğu prinsiplərimdən imtina etməyi tələb etmək olmaz.
Bütün bunlar mükafatın mənə verilməsini də, ondan məcburiyyət qarısındakı imtinamı da xüsusilə ağırladır.
Bu bəyanatı, İsveç cəmiyyətinə qarşı rəğbətimi bildirməklə bitirmək istəyirəm.
Tərcümə: Ülkər NƏSİBBƏYLİ