Knut Hamsun
(1859-1952)
Görkəmli yazıçı, qorxunc insan
Hamsunun ingilis əsilli bioqrafı bir vaxtlar yazıçının özündən belə soruşurdu: “Gözəl sevgi hekayətləri yazan bu həssas, xəyalpərəst dahi həqiqətən nasist idimi?” Təəssüf ki, Knut Hamsun bu suala sarsıdıcı “hə” sözündən başqa ayrı cavab verə bilmədi.
Milli sosialist ruh və həyat fəlsəfəsi Adolf Hitlerin sadiq tərəfdarı olan Knut Hamsunun on doqquzuncu əsrin sonlarında yazılmış ən gözəl əsərlərində də özünü aydın şəkildə büruzə verir.
Norveçin ən böyük roman yazarı kimi tanınan Hamsun öz dövrünün olduqca çətin, mürəkkəb xasiyyətli və dözülməz bir insanı kimi tanınırdı. O, şəxsi həyatında ailəsinə və dostlarına vurduğu zərbələrlə çətin insan xarakterini biruzə vermişdi. Yazıçının bir günü də qəzəb tutmaları, yaxud laqeydlik nümayişi olmadan ötüşmürdü. Hamsun İbsenə nifrət edir, ona həsəd aparırdı. Yazıçı, ömrünün son illəri belə Hitlerə sitayiş etdiyini, Norveçi Böyük Almaniyanın bir hissəsi kimi görmək arzusunu inkar etmədi. Hitler intihar edən zaman Hamsun alman xalqına başsağlığı teleqramı göndərdi və ömrünün sonuna qədər anqlosakslara nifrətini qoruyub saxladı.
Hamsunu roman müəllifi və polemikaçı kimi tez -tez tənqid edən Norveç qəzeti “Aftenposten” bir gün yazıçının gizli sənədlərini və bir vaxtlar yaradıcı qüvvəsinin tükəndiyini hiss edərək, müraciət etdiyi psixiatrın qeydlərini aşkara çıxarmışdı. Bəzilərinə görə psixiatrın qeydləri Freydin təsiri altında yazılmış standart cəfəngiyat olsa da, başqalarının fikrincə, həkimi, Hamsunun şəxsiyyətinin müxtəlif ziddiyyətli aspektlərini uzlaşdırmağa nail ola bilmişdi.
Hamsunun dünya şöhrətinə aparan yaradıcılıq yolu heç də əlverişli şəraitdə başlamamışdı. Faktiki olaraq, heç bir təhsil almayan Knut on iki yaşında onu tez–tez döyən əmisinin yanında şagirdliyə başlayır. Evdən qaçmağa nail olduqdan sonra isə dolanışığını müxtəlif az gəlirli işlərdə çalışmaqla təmin etməyə çalışır. Həmin dövrdə yazıçı faktiki olaraq ac qalsa da, gözəl görkəmi ilə qadınları özünə cəlb edə bilirdi. Saysız- hesabsız imtinalara, ruhi təlatümlərinə, müvəffəqiyyət qazanmış yazıçılara qarşı həsəd hissinə baxmayaraq, Hamsun şair, qəhrəman olmaq sevdasından heç vaxt əl çəkmədi. Məhz həmin inadkarlığı hesabına o, nəhayət ki, ədəbi mühitə yol tapa bildi, əsərlərindən kiçik parçaların dərc edilməsinə nail oldu.
Onun “Aclıq” əsəri 1890-cı ildə işıq üzü gördü. Əsər böyük uğur qazanmasa da, Hamsunun sonrakı yaradıcılığının izlənməyə layiq olduğundan xəbər verirdi. Müəllif bu süjetsiz pyesində, Osloda yazıçı olmaq xəyalı ilə yaşayan əyalət gəncindən bəhs edir. Öz dahiliyinə şübhə etməyən bu gənc iddialarından imtina etmək əvəzinə, aclıqdan əziyyət çəkməyə üstünlük verir. Bu ruhi və əqli cəhətdən xəstə obraz təkcə qidanın yox, həm də insani ünsiyyətin, seksin yoxluğundan, eləcə də özünü ifadə edə bilmədiyindən əziyyət çəkir.
Knut Hamsun daha çox roman və esse müəllifi kimi tanınsa da, qələmini poetik və dramatik əsərlərdə də sınayır. 1895-98-ci illər arasında o, “Filosofun həyatı haqqında dram” trilogiyasını yazır. Trilogiya özündə “Şahlığın darvazasında” (1895), “Həyatın dramı” (1896) və “Axşam şəfəqi” əsərlərini cəmləyir. Tənqidçilərin ümumi qənaətinə görə Hamsun pyes qəhrəmanlarını romanlarındakı qədər dolğun təsvir edə bilmirdi. Şerlərinin çoxunu isə o, hələ nəşr edilməmiş yandırırdı. Lakin 1904-cü ildə işıq üzü görən “Vəhşi xor” adlı şeirlər toplusu Hamsun poeziyasının onun romanlarından heç də geri qalmadığını biruzə verdi.
XX əsrin əvvəllərindən etibarən Hamsun üçüncü şəxsin dilindən nəql olunan, obrazlarının çoxluğu ilə seçilən irihəcmli romanlar (“Əsrin övladları”, “Segelfoss şəhəri”) yazmağa başlayır. 1911-ci ildə fermaya köçməsi, yazıçının cəmiyyətə daha da yadlaşdığını göstərirdi. Bu ovqat Hamsunun 1917-ci ildə işıq üzü görən “Torpağın bərəkəti” romanına da sirayət edir.
1920-ci ildə demokratiyaya və müasirliyə qarşı düşmən münasibətinə baxmayaraq, şah əsəri - “Torpağın bərəkəti” romanına görə İsveç Akademiyası onu Nobel mükafatına layiq görür və beləliklə o, Almaniyada pərəstiş edilən, Skandinaviyada təntənə ilə alqışlanan dünyəvi ədəbi simaya çevrilir.
Hitlerin yüksəlişi dövründə Hamsun alman və nord xalqlarının qüdrətinin artacağını bəyan edərək, bu hadisədən məmnunluğunu gizlətməyə çalışmır, müharibə başlayanda isə nasistləri Norveçə səsləyərək, kollaborasionist hökumətə rəhbərlik edən tanınmış siysətçi Vidkun Quislingini müdafiə edir. 1943-cü ildə o, Norveçdə Alman siyasətindən sui-istifadə edildiyini xəbər vermək üçün Hitlerlə görüşür. Lakin Hitler, Hamsunun ona dərs keçməyinə yol vermək istəmir, yazıçının geri çəkilmək istəmədiyini görəndə isə, onu qəzəblə özündən uzaqlaşdırır. Üzləşdiyi bu təhqirə görə Hamsun, hətta müharibədən sonra belə, özünü müdafiə üçün danışmaqdan imtina edir.
Müharibədən sonra Hamsundan və onun ikinci həyat yoldaşı Maridən izahat tələb olunur. Ərindən iyirmi üç yaş kiçik olan Mari Almaniyanın atəşin tərəfdarı olduğu üçün günah keçisi elan edilərək, üç il azadlıqdan məhrum edilir. Norveç hökuməti tezliklə öləcəyini güman etdikləri Hamsunu mühakimə etmək istəmir. Lakin Hamsun öz təkidi ilə nəhayət ki, məhkəmə qarşısına çıxır, günahkar elan olunaraq ağır şəkildə cərimələnirsə də, yaşı doxsanı haqlasa da, qulaqları eşitməsə də, o üzr istəməkdən imtina edir.
Knut HAMSUN
NOBEL NİTQİ
Bu sayaq misilsiz səxavətin qarşısında nə demək olar? Ayaqlarım yerə toxunmur, sanki uçuram, başım hərlənir. Bu gün nəciblik və gözəllik yağışına bürünsəm də, mən həmişəki mənəm. Lakin ölkəmə verilmiş mükafat, bir dəqiqə əvvəl bu zalda səslənən dövlət himninin sədaları ayaqlarımı yerdən üzüb.
Bəlkə də ayaqlarımın yerdən üzülməyi birinci dəfə deyil. Xoşbəxt gənclik illərimdə də belə anlarım olub. Axı bu xoşbəxtlik heç bir gəncdən yan keçmir. Yox, bu hissi yalnız anadan qoca doğulmuş, ağlın başdan çıxmağının nə demək olduğunu bilməyən mühafizəkar gənclər dada bilməyib.
Tanrı şahiddir ki, belə fürsətlər sonralar da ələ düşür. Nə olsun? Nəticədə biz olduğumuz kimi qalırıq və şübhəsiz ki, bundan hər birimiz faydalanırıq.
Xüsusən məndən sonra elm xadiminin çıxış edəcəyini nəzərə alsaq, bu sayaq seçilmiş insan kütləsi qarşısında bu cür ibtidai müdriklik nümayiş etdirməyi özümə rəva bilməməliyəm. Bir azdan keçib yerimdə əyləşəcəyəm, lakin bu gün mənim üçün böyük gündür. Mən, sizin xeyirxahlığınızla minlərlə insanın arasından seçilib dəfnə yarpaqları ilə taclandırılmışam. Məni layiq gördükləri bu şərəfə görə İsveç Akademiyasına və bütün İsveçə ölkəm adından təşəkkür edir, bu böyük ehtiramın ağırlığı altında baş əyir, həmçinin Akademiya çiyinlərimi bu yükü qaldıracaq qədər güclü hesab etdiyinə görə, qürur duyuram.
Bu gecə çıxış edən mahir natiqlərdən biri dedi ki, mənim öz yazı tərzim var. Məncə, bundan artığına iddia etməyə haqqım yoxdur.
Mən İsveç poeziyasından, xüsusilə də müasir lirikadan çox şey öyrənmişəm.
Ədəbiyyat və onun böyük simaları haqqında daha məlumatlı olsaydım, saysız-hesabsız ad sadalaya, böyük səxavət göstərərək, yaradıcılığımda tapdığınız fərqləndirici meyara görə kimlərə borclu olduğumu etiraf edə bilərdim. Lakin bu etiraf mənim kimi bir adamın dilindən səslənərsə, bu etiraf heç bir bas notu olmayan boş səs effektindən, görkəmli şəxslərlə bağlılığını tapmış insanın lovğalığından başqa, ayrı bir təəssürat oyada bilməz. Bunun üçün kifayət qədər gənc deyiləm. Gücüm çatmaz.
Yox, indi bu parıltılı işıqların arasında, bu cür seçilmiş insanlar qarşısında ürəyimdən, hər birinizi hədiyyə, gül, poeziya yağışına tutmaq, sizə yenidən gəncliyinizi bəxş etmək keçir. Bu böyük hadisə münasibətilə mənə verilən son fürsət zamanı ürəyimdən keçən bu olsa da, cürət eləmirəm, çünki gülünc təəssürat oyatmaqdan başqa heç nə əldə edə bilməyəcəyimdən qorxuram. Bu gün mən sonsuz şərəfə və ehtirama layiq görülmüşəm. Çatışmayan isə yalnız - ən vacib hədiyyə, əhəmiyyət kəsb edən yeganə mükafat, gəncliyin geri qayıtmasıdır. Heç birimiz, gəncliyimizi xatırlamayacaq qədər qocalmırıq. Yaxşı olardı ki, biz qocalar geriyə ləyaqət və minnətdarlıqla addım atmağı bacaraq.
Nə etməli olduğumu, nəyin doğru olduğunu bilməsəm də, qədəhimi İsveç və bütün dünya gənclərinin, bütün yeniliklərin şərəfinə qaldırıram.